EN

"Barselona"nın əsas transfer hədəfi

style='margin-bottom:10px;'>

"Barcelona" artıq bir neçə aydır "İnter"in müdafiəçisi Alessandro Bastonini əsas transfer hədəflərindən biri kimi nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mümkün keçid klublar arasında aparılacaq danışıqlardan asılı olacaq. Transfer məbləği ilə bağlı yekun razılıq yoxdur. Daha əvvəl mediada 50 milyon avro civarında rəqəmlər səslənsə də, bu, hələ təsdiqlənməyib.

Qeyd olunur ki, Bastoni özü də “Barselona”nın ona olan ciddi və konkret marağından xəbərdardır.

Cari mövsümdə 25 yaşlı müdafiəçi bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

Chosen
23
1
teleqraf.com

2Sources