EN

Buşehrdə vəziyyət pisdir: “Rosatom” xəbərdarlıq etdi

ain.az, Axar.az saytına istinadən bildirir.

Rusiyanın “Rosatom” dövlət korporasiyası İranın Buşehr Atom Elektrik Stansiyasında vəziyyətin gərginləşdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumata görə, dünən stansiyaya edilən hücumdan sonra vəziyyət mənfi məcrada inkişaf etməkdə davam edir.

"Bununla əlaqədar olaraq, personalın təxliyə edilməsinin artıq üçüncü mərhələsinə start verilib", - şirkətdən bildirilib.

Qeyd edək ki, İsrail və ABŞ hərbi qüvvələri Buşehr nüvə stansiyasına yeni zərbələr endirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
2
axar.az

3Sources