EN

Müharibənin acı üzü: 66 uşaq həyatını itirib, 600 məktəb...

İran Qızıl Aypara Cəmiyyətinin sədri Kulivand ABŞ və İsrailin İrana hücumlarının başlanğıcından bu yana 5 yaşın altında 66 uşağın vəfat etdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Kulivand davam edən müharibənin mülki əhali üzərindəki dağıdıcı təsirlərini bölüşüb.

Belə ki, hücumların mərkəzi nöqtəsinə çevrilən Tehranda dağıntıların miqyası qorxulu həddə çatıb.

Ölkə miqyasında 85 mindən çox mülki yaşayış obyektinə ziyan dəydiyi bildirilir. 

Bu tikililərin 64 583-nün yaşayış evi, təxminən 20 mininin isə ticari müəssisə olduğu qeyd edilib.

İctimai xidmət binalarının da hədəf alındığı hücumlarda 282 sağlamlıq mərkəzi ilə 600 məktəb istifadəyə yararsız hala düşüb.

Chosen
17
1
cebheinfo.az

2Sources