İran Qızıl Aypara Cəmiyyətinin sədri Kulivand ABŞ və İsrailin İrana hücumlarının başlanğıcından bu yana 5 yaşın altında 66 uşağın vəfat etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Kulivand davam edən müharibənin mülki əhali üzərindəki dağıdıcı təsirlərini bölüşüb.
Belə ki, hücumların mərkəzi nöqtəsinə çevrilən Tehranda dağıntıların miqyası qorxulu həddə çatıb.
ÖlkÉ™ miqyasında 85 mindÉ™n çox mülki yaÅŸayış obyektinÉ™ ziyan dÉ™ydiyi bildirilir.Â
Bu tikililərin 64 583-nün yaşayış evi, təxminən 20 mininin isə ticari müəssisə olduğu qeyd edilib.
İctimai xidmət binalarının da hədəf alındığı hücumlarda 282 sağlamlıq mərkəzi ilə 600 məktəb istifadəyə yararsız hala düşüb.