EN

"Göstərdik ki, Premyer Liqada istənilən rəqibi məğlub edə bilərik" - "Kəpəz"in kapitanı "Qarabağ"la matçdakı qalibiyyəti şərh etdi

"Kəpəz"in kapitanı Dioqo Verdaşka Misli Premyer Liqasının 25-ci turunda "Qarabağ" üzərində 1:0 hesablı qazanılan qələbəni şərh edib. 

Sportal.az saytına açıqlama verən portuqaliyalı komandasının Yevlaxdakı üç xal qazanması haqda bunları deyib:

"Düşünürəm ki, bu, bizim ən yaxşı oyunumuz idi. Müdafiədə yaxşı oynadıq, hücum imkanlarımızdan istifadə etdik və qalib gəldik. Göstərdik ki, Premyer Liqada istənilən rəqibi məğlub edə bilərik. Bu, bu mövsüm "Qarabağ" üzərində ikinci qələbəmizdir. Bütün bunlar komanda işimizin sayəsindədir. Biz düzgün yoldayıq və bütün düşüncələrimiz hazırda elitadakı yerimizi qorumağa yönəlib".

 

saytlarin hazirlanmasi

Chosen
31
1
sportal.az

2Sources