Bu ilin yanvar-fevral aylarında Azərbaycan Portuqaliyaya 223 min 549,41 ton xam neft ixrac edib.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,bu miqdarda məhsulun dəyəri 112 milyon 357,89 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 3,5 %, dəyəri isə 3 % çoxdur.
Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 6,2 % olub.