Bu ilin yanvar-fevral aylarında Azərbaycan Çexiyaya 169 min 841,63 ton xam neft ixrac edib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 83 milyon 922,49 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,7 dəfə azdır. Çexiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 4,72 % olub.
Mətləb