EN

Niva nın yeni modeli belə olacaq FOTOLAR

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Lada Niva Travel modelinin yeni imkanları məlum olub. F-Design şirkəti bu avtomobil üçün xüsusi ofround dəsti hazırlayıb. Yeniliklər sırasına palçıq təkərləri, xarici hava qəbulu sistemi və damda yerləşən ekspedisiya baqajı daxildir. Avtomobilin eksteryerində gizli quraşdırılan bucurqad, gücləndirilmiş asqı və dartı qüvvəsini artıran blokirovka sistemləri də yer alıb.Mühəndislər baqaj hissəsinin funksionallığını artırmaq üçün maraqlı həllər təklif ediblər. Arxa qapının daxili tərəfində balta və bel kimi avadanlıqların bərkidilməsi üçün xüsusi yerlər ayrılıb. Eyni zamanda baqajda ev heyvanlarının daşınması üçün qoruyucu tor quraşdırılıb. Ehtiyat təkərin içində isə kəndir və digər kiçik alətlərin saxlanılması üçün kilidli orqanayzer yerləşdirilib.Avtomobilin damında əlavə işıqlandırma paneli quraşdırılıb ki, bu da gecə vaxtı çətin yollarda hərəkəti asanlaşdırır. Təkmilləşdirmə paketinin yekun qiyməti müştərinin seçdiyi detallardan asılı olaraq dəyişəcək. Bu yeniliklərlə paralel olaraq Lada Niva modelinin ağır yol şəraiti üçün nəzərdə tutulan Tayqa versiyası da təqdim edilib.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
demokrat.az

1Sources