EN

Saxta kosmetolqlarla mübarizə: Bir ildə 398 yoxlama olub RƏSMİ

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illər estetik və kosmetoloji xidmətlərə marağın artması bu sahədə fəaliyyət göstərən müəssisələrin sayını da xeyli artırıb. 

Lakin bu artımdan istifadə edərək nəzarətsiz fəaliyyət göstərən, müvafiq lisenziya və ixtisas tələblərinə cavab verməyən şəxslərin də sayı az deyil. 

Zaman-zaman bu cür saxta kosmetoloqlarla bağlı yoxlamalar aparılsa da, müəyyən fasilədən sonra həmin şəxslərin yenidən fəaliyyətə qayıtması cəmiyyətdə narahatlıq yaradır.

Belə kosmetoloqlardan biri də Nigar Rüfətdir. Daha əvvəl qanunsuz həkim fəaliyyəti ilə bağlı məlumatlar yayılan “kosmetoloq” Nigar Rüfət hələ də “Laser Beauty Clinic”də fəaliyyətini davam etdirir. Mütəmadi yoxlamalar aparılsa da, aşkar edilən pozuntuların davamlı izlənməməsi eyni şəxslərin qısa müddət sonra yenidən xidmət göstərməsinə şərait yaradır.

Bəs bu kimi halların qarşısını almaq üçün aparılan yoxlamalar nə dərəcədə effektivdir?

Mövzu ilə bağlı "Cebheinfo.az" -a  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirib ki,  bu məsələ ilə bağlı mütəmadi yoxlamalar aparılır:

"Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci il yanvar ayından – 27.02.2026 – cı il tarixinə qədərki dövr ərzində tibb müəssisələrində 398 yoxlama keçirilib, ümumilikdə, 367 protokol yazılıb. 

Ciddi qanun pozuntusu ilə bağlı müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə təqdimatlar aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə göndərilir".

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
2
cebheinfo.az

3Sources