AZ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Son illər estetik və kosmetoloji xidmətlərə marağın artması bu sahədə fəaliyyət göstərən müəssisələrin sayını da xeyli artırıb. 

Lakin bu artımdan istifadə edərək nəzarətsiz fəaliyyət göstərən, müvafiq lisenziya və ixtisas tələblərinə cavab verməyən şəxslərin də sayı az deyil. 

Zaman-zaman bu cür saxta kosmetoloqlarla bağlı yoxlamalar aparılsa da, müəyyən fasilədən sonra həmin şəxslərin yenidən fəaliyyətə qayıtması cəmiyyətdə narahatlıq yaradır.

Bəs bu kimi halların qarşısını almaq üçün aparılan yoxlamalar nə dərəcədə effektivdir?

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bu məsələ ilə bağlı mütəmadi yoxlamalar aparıldığı bildirilib.
 

"Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci il yanvar ayından – 27.02.2026 – cı il tarixinə qədərki dövr ərzində tibb müəssisələrində 398 yoxlama keçirilib, ümumilikdə, 367 protokol yazılıb. 


Ciddi qanun pozuntusu ilə bağlı müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə təqdimatlar aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə göndərilir". (Cebheinfo)

Bizim.Media

Seçilən
2
2
bizim.media

3Mənbələr