EN

ABŞ-İsrail müttəfiqliyi parçalanır - Vaşinqton İsrailsiz danışıqlara qərar verdi



İsrailin Baş naziri Benyamin Netanyahu "müharibə cinayətkarı"dır və ABŞ-ı İranla münaqişəyə cəlb edib.

Bunu İranın Almaniyadakı səfiri Məcid Nili Əhmədabadi Berliner Zeitung qəzetinə verdiyi müsahibədə deyib.

"Amerikanın strategiyası yoxdur. Onlar bu problemi niyə özləri üçün yaratdıqlarını da, bundan necə çıxacaqlarını da bilmirlər.Lakin onlardan fərqli olaraq, İsrail rejimi nə istədiyini dəqiq bilir: İrandan başlayaraq Qərbi Asiyanın sabitliyinin pozulması. Netanyahunun siyasi həyatı xaosdan asılıdır. Sabitlik olarsa, o, həbsxanaya gedəcək. O, müharibə cinayətkarıdır. Buna görə də hər kəsi bu oyuna sürükləyir. Bu oyunun qurbanı isə bugün Amerikadır, sabah Avropa, ertəsi gün isə başqaları olacaq", - deyə o qeyd edib.

Səfirin sözlərinə görə, "bütün problemlərin mənbəyi İsrail rejimidir" və indi İranı və Qərbi Asiyanı bölmək istəyir. Bu arada, İran özünü təcavüzkardan müdafiə edir, - deyə Əhmədabadi vurğulayıb. O, həmçinin qeyd edib ki, Tehranın prioriteti özünü bütün mövcud vasitələrlə müdafiə etməkdir və ölkənin münaqişənin "xoşbəxt sonluğuna" ümid etdiyini vurğulayıb.

Amerikalı jurnalist Taker Karlson isə "The Economist"ə verdiyi son müsahibədə ABŞ-ın İranla müharibəyə İsrailin və onun ABŞ-dakı nüfuzlu tərəfdarlarının təkidi ilə girdiyini bildirib. O, həmçinin İsrailin "ərazi genişləndirmə və resursların artırılması üçün daxili istəyi" olduğunu vurğulayıb.

Həmçinin, 19 martda ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş direktoru Co Kent bildirib ki, İsrail Trampın İranla razılaşma əldə edə biləcəyindən qorxur və bunun qarşısını almaq üçün hər cür səy göstərir.

Bu arada, Rusiyanın “Beşinci kanal”ı bildirir ki, Yaxın Şərqdəki uzun sürən münaqişə Vaşinqtona baha başa gəlir:

"Epik qəzəb" iflasa uğrayıb. Tramp özü də qəzəblidir. O, uğursuzluqlarına görə müharibəni davam etdirməyə can atan İsrail Baş naziri Netanyahunu günahlandırır. Və bu, nəticədə bir vaxtlar ən sadiq müttəfiqləri parçalaya bilər”.

Nəşrin bildirdiyinə görə, İsrail tərəfi Trampın qəfil sülh istəyindən çox məyus olduğunu bildirərək, İran və Livanı bombalamaqdan geri durmayacağını bəyan edib. Tramp isə, belə görünür, bu qırğına son vermək niyyətindədir. O hətta müharibənin bitəcəyi tarixi də açıqlayıb - 9 aprel.

Bu arada, Vaşinqton artıq İsrailin iştirakı olmadan ikitərəfli sammit hazırlayır. Bu, Amerika mətbuatındakı daxili məlumatlarla təsdiqlənir.Sammit ABŞ vitse-prezidenti J.D. Vance, Steven Witkoff və Cared Kushnerin sədrliyi ilə bu həftənin sonlarında Pakistanın İslamabad şəhərində baş tuta bilər. İsrail nümayəndələrinin iştirakı gözlənilmir.

Samirə SƏFƏROVA

Chosen
16
baki-xeber.com

1Sources