EN

İraq MN: Ənbardakı hospitala aviazərbə nəticəsində 7 hərbçi ölüb, 13-ü yaralanıb

İraq Müdafiə Nazirliyi Ənbar vilayətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi nəticəsində 7 hərbçinin öldüyünü bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə AP İraq MN-ə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində həmçinin 13 hərbçi yaralanıb.

Nazirlik zərbə barədə əlavə təfərrüatlar təqdim etməyib.

Həmçinin aviazərbənin kim tərəfindən endirildiyi qeyd edilmir.

Chosen
54
4
far.az

5Sources