EN

Rəşad Hüseynov: "Aqrar elm iqlim dəyişikliyi şəraitində strateji əhəmiyyət kəsb edir"

Aqrar elm iqlim dəyişiklikləri və su qıtlığı kimi qlobal çağırışlar şəraitində texnoloji modernizasiyanın təşviqində strateji əhəmiyyət kəsb edir.

"Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Rəşad Hüseynov Özbəkistanın Daşkənd şəhərində "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" forumunda bildirib.

O, elmi tədqiqatların dayanıqlı kənd təsərrüfatının əsası olduğunu vurğulayıb. Onun sözlərinə görə, aqrar sahə Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafında böyük rola malikdir.

R.Hüseynov ölkədə aqrar elmin mövcud vəziyyəti, institusional strukturu və insan kapitalı potensialı barədə ətraflı məlumat verib, tədqiqatların effektivliyi və innovativ yanaşmaların tətbiqi imkanlarını diqqətə çatdırıb.

Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb, kənd təsərrüfatının inkişafı istiqamətində birgə elmi tədqiqatların həyata keçirilməsi imkanları xarici elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə müzakirə edilib. Bununla yanaşı, aqrar sahədə mövcud investisiya imkanları barədə məlumatlar xarici iş adamları və özəl sektor nümayəndələri ilə bölüşülüb.

Chosen
20
7
far.az

8Sources