EN

Şamaxı yolunda ölümə gedən sürücü iki dəfə qəza təhlükəsi yaratdı FOTO VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakı-Şamaxı yolunda qəza şəraiti yaradan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün Qobustan rayonu Şıxzahırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 02-BL-015 qeydiyyat nişanlı “VAZ-21015” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı etmək istəyən zaman hərəkətdə olan “Ford Fusion” markalı avtomobilin qarşısına çıxıb. Qəzanın baş verəcəyini görən “Ford”un sürücüsü səs siqnalından istifadə edərək hadisənin qarşısını alıb. Lakin “VAZ”ın sürücüsü bu dəfə avtomobili digər nəqliyyat vasitəsinin önünə sürüb və ona yenə səs siqnalı ilə xəbərdarlıq edilib.

Avtosfer.az-ın elektron poçt ünvanına göndərilən görüntülərdə “Ford” sürücüsünün “VAZ-21015” markalı avtomobilin sürücüsünə öz etirazını bildirdiyi və daha sonra “VAZ”ın sükanı arxasına qara köynəkli sürücü əvəzinə ağ köynəkli şəxsin keçdiyi görülür.

Belə qənaətə gəlmək olur ki, qəza şəraiti yaradan sürücünün ümumiyyətlə nə sürücülük vəsiqəsi, nə də sürücülük səriştəsi var. Sadəcə bir avtomobil sahibinin məsuliyyətsizliyi ucbatından az qala faciə baş verəcəkdi.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 51-ci maddəsində qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb. Görüntüdə əks olunan sürücü isə bu müddəanın tələbinə tam zidd hərəkət edərək qaydaları kobud şəkildə pozub.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
avtosfer.az

1Sources