EN

İran və ABŞ arasında heç bir danışıqlar aparılmır - Bəqai

Bakı. Trend:

İran və ABŞ arasında hal-hazırda heç bir danışıqlar getmir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu İranın XİN rəsmisi İsmayıl Bəqai“India Today” telekanalına müsahibəsində bildirib.

“İran və Birləşmiş Ştatlar arasında heç bir danışıqlar və yaməsləhətləşmələr aparılmır. Onların (İsrail və ABŞ-nin) İrana qarşıbaşlatdığı qanunsuz müharibədən bəri, son 25 gün ərzindəümumiyyətlə olmayıb”, -Bəqai bildirib.

O vurğulayıb ki, İran artıq iki dəfə Amerika diplomatiyası iləəlaqələrin xoşagəlməz təcrübəsi ilə üzləşməli olub.

“Cəmi doqquz aylıq fasilə ilə iki dəfə məhz nüvə probleminintənzimlənməsi üzrə danışıqlar prosesinin ən qızğın mərhələsindəhücuma məruz qaldıq. Beləliklə, bu, diplomatiyaya xəyanət oldu. Bugün İranda bu ifadə artıq dillər əzbərinə çevrilib, çünki bu cürhadisə bir deyil, düz iki dəfə baş verib. Buna görə də heç kimABŞ-nin diplomatiyasına etibar edə bilməz”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
58
5
az.trend.az

10Sources