EN

Ermənilərin “başından böyük” iddiası ən böyük İsa Məsih heykəli FOTOLAR

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Dünyanın ən böyük İsa Məsih heykəlinin 2026-cı ilin ikinci yarısında Ermənistanda ucaldılması planlaşdırılır.Musavat.com xəbər verir ki, bu barədə “Novaya qazeta” yazıb. Bildirilir ki, əgər nəsə plana uyğun getməsə, açılış 2027-ci ilin yayına qədər təxirə salınacaq. İdeya isə iş adamı və siyasətçi, multimilyarder və xeyriyyəçi Qaqik Tsarukyana məxsusdur.“Erməni İsa”sı Polşanın Şvebodzin şəhərindəki ucalan “Kral Məsih”i (bu heykəl, postamenti ilə birlikdə 52 metr hündürlükdədir), həm də Rio-de-Janeyrodakı Korkovado dağındakı məşhur “Xilaskar Məsih”i (podşamenti ilə birlikdə 38 metr) geridə qoyacaq. Heykəl postamenti ilə birlikdə 101 metr (bunun 33 metri fiqurun uzunluğudur; metrlərin sayı İsanın ömrünün illərini simvolizə edir); Abidənin ucaldılacağı Atis dağının hündürlüyü isə 2528 metrdir. Dağ İrəvan yaxınlığında Kotayk bölgəsinin Kaputan kəndindən 2,5 km cənub-şərqdə yerləşir.Nəşr yazır ki, hazırda alüminiumdan tökmə və üç hissəyə bölünmüş 33 metr hündürlüyündə İsanın heykəli Zovuni kəndində, İrəvan heykəltəraşı Armen Samvelyanın emalatxanasının həyətində saxlanılır. Samvelyan deyib ki, heykəlin Atis dağının zirvəsinə quraşdırıldıqda heykəlin heyrətamiz təsirinin itirilə biləcəyindən narahatdır, çünki əzəmətli dağ hətta belə nəhəng ölçülərə malik heykəli “uda” bilər.

Nəşrin əməkdaşı soruşub ki, bu nəhəng hissələr Atis dağına necə daşınacaq. Armen Samvelyan deyib ki, əvvəlcə bunu helekoptellə edəcəklərini düşünüblər. Bu yaxınlarda isə bəlli olub ki, yük çox ağırdır - 20 ton. Heykəl daha çox fraqmentə bölünməli və sonra hər fraqment yük maşını ilə Atisə daşınmalı olacaq. Armen Samvelyan deyir ki, Atis dağında alüminium İsa Məsih heykəlinin quraşdırılmasına heykəltəraş deyil, dizayn mühəndisi nəzarət etməlidir. Hazırda abidəni yaradan komandada belə bir mütəxəssis yoxdur . Lakin Samvelyan əmindir ki, “dünyanın ən böyük İsa Məsih heykəli” layihəsinin təşəbbüskarı Qaqik Tsarukyan belə bir mütəxəssis tapacaq.“Novaya qazeta” yazır ki, Erməni Apostol Kilsəsi, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Hatis dağında nəhəng heykəlin ucaldılmasına qarşı çıxıblar. Ruhanilərin bəyanatında deyilirdi ki, "Kilsə Rəbb İsa Məsihin heykəlinin ucaldılmasını qəbuledilməz hesab edir, çünki bu təşəbbüs Erməni Kilsəsinin əsrlər boyu davam edən ikonoqrafik və dini ənənələrinə ziddir". Qaqik Tsarukyan iddia edərək cavab verdi ki, yaradılmasının təşəbbüskarı olduğu dünyanın ən böyük İsa heykəli kilsə əhəmiyyətli bir abidə olmayacaq: "Mən kilsə deyil, mədəniyyət mərkəzi tikirəm".Atis dağında işlər 2022-ci ilin yayında başlayıb. Abidədən əlavə beş kilometrlik kanat yolu, otellər, kafelər və restoranlar kimi turistik yerləri də quraşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
hurriyyet.az

7Sources