AZ

Livan və Suriya sərhədində Məsihin heykəli ucaldılıb

Livan və Suriya sərhədində sülh rəmzi olaraq 26 metrlik İsa Məsihin heykəli ucaldılıb.

Qaziler.az xəbər verir ki, layihənin yaradıcı və icraçı direktoru Fadi Elyas Avad bunu “RİA Novosti”yə verdiyi müsahibədə açıqlayıb.

"Məsih heykəli bizim sülh mesajımızdır və xristianların öz torpaqlarında qalmalarının bir əlamətidir", - agentliyin mənbəyi bildirib.

Mənbənin sözlərinə görə, Məsih heykəlinin ucaldılması ideyası uzun müddətdir mövcuddur, lakin hazırkı reallıqda bu, daha simvolik və əhəmiyyətli hala gəlib. Abidə Fadi Elyas Avadın doğulduğu Livanın Əl-Qaa kəndində ucaldılıb. Heykəl 10 metr hündürlüyündə baza və 16 metr hündürlüyündə Məsih fiqurundan ibarətdir.

QAZİLER.AZ

Seçilən
33
qaziler.az

1Mənbələr