ABŞ-İsrail aviasiyasının İrana hava zərbələri nəticəsində Təbrizdə 7 nəfər ölüb.
Redaktor.az bu barədə "Tasnim"ə istinadən xəbər verir.
Qeyd olunub ki, onlar dəmir yolu binasına endirilən zərbə nəticəsində həlak olublar.
Martın 23-də analoji hava hücumu zamanı Təbrizdə 6 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı.