EN

“Pul qazanmaq” üçün bu üsula əl atdı-VİDEO

Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.

Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Chosen
9
27
nocomment.az

10Sources