EN

Azərbaycan U-19 millisi seçmə mərhələdə Litva ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Olaylar.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan yığma Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.

"Raudondvario" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
5
olaylar.az

10Sources