EN

İsrailin Livana zərbəsi nəticəsində 9 nəfər ölüb

İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanın cənubunda azı 9 nəfər həlak olub.

BAKU.WS-in Al Jazeera telekanalına istinadən verdiyi məlumata görə, zərbələr müxtəlif yaşayış məntəqələrini hədəf alıb.

Bildirilib ki, Adlun şəhərinə endirilən hava hücumu zamanı 4 nəfər, qaçqın düşərgəsində yerləşən yaşayış evinə zərbə nəticəsində daha 2 nəfər ölüb.

Bundan əlavə, Xabbuş şəhərinə edilən hava hücumu nəticəsində azı 3 nəfər həyatını itirib.

Məlumata əsasən, hücumlar zamanı onlarla insanın yaralandığı da qeyd olunur.

Chosen
19
4
far.az

5Sources