EN

Zidan məşqçilər korpusunu formalaşdırır

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransalı sabiq futbolçu və “Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan milli komandaya təyinat alacağı təqdirdə kimlərlə işləyəcəyini müəyyənləşdirib.

İdman.Biz “L'Équipe” nəşrinə istinadla xəbər verir ki, o, potensial əməkdaşlıq üçün David Bettoni və Hamidu Msaidini öz məşqçilər korpusuna dəvət edib.

Məlumata görə, bu mütəxəssislər Zidan İspaniya nəhənginə rəhbərlik edərkən də onunla birlikdə çalışıblar. Bir müddət əvvəl mütəxəssisin Fransa Futbol Federasiyası ilə yığmanı çalışdırmaq barədə şifahi razılığa gəldiyi bildirilirdi.

Zinəddin Zidan “Real”ın baş məşqçisi kimi iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə Superkubokunu, həmçinin üç dəfə Çempionlar Liqasını qazanıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
icma.az

2Sources