EN

Bu qəbiristanlıqda meyitlər üzüaşağı dəfn edilib

Yazını böyüt
Yazını kiçilt

Polşada XVIII əsrə aid qəbiristanlıqda onlarla qeyri-adi məzar aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Arxeoloqlar hesab edirlər ki, həmin ərazidə cəmiyyətin qorxduğu və ya qəbul etmədiyi insanların qalıqları dəfn olunub. Sözügedən qəbiristanlıqda üzərlərində oraqlar və qıfıllar yerləşdirilmiş məzarlar tapılıb.

Tədqiqatçılar bu qəribə tapıntıları vampir inancları ilə əlaqələndiriblər.

"Bəzi məzarlarda meyitlər üzüaşağı dəfn olunub. Bu ənənənin ölülərin dirilməsinin qarşısını almağa yönəldiyi güman edilir. Digər məzarlarda isə boyun nahiyəsinə sıxılmış oraqlar və ya bədənin müxtəlif hissələrinə qoyulmuş daşlar aşkar edilib", - deyə nəşrdə bildirilib.

Chosen
8
2
hafta.az

3Sources