EN

İsrail üçün qanlı statistika: Müharibə başlayandan bu qədər yaralı var...

İsrail Səhiyyə Nazirliyi fevralın 28-dən etibarən İranla başlayan genişmiqyaslı müharibə nəticəsində xəstəxanalara yerləşdirilən yaralıların ümumi sayının 5045 nəfərə çatdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, nazirliyin martın 25-nə olan son hesabatına görə, təkcə son 24 saat ərzində müxtəlif dərəcəli xəsarətlərlə 204 nəfər tibbi müəssisələrə qəbul edilib. Hazırda ölkə xəstəxanalarında müalicəsi davam edən 120 nəfərdən 12-nin vəziyyəti ağır, 27-sinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Nazirlik rəsmiləri xəsarətlərin səbəbləri barədə maraqlı detal paylaşıblar. Belə ki, yaralanmaların hamısı birbaşa İran raketlərinin və ya Livan ərazisindən atılan mərmilərin düşməsi nəticəsində baş verməyib. Yaralıların əhəmiyyətli bir hissəsi raket xəbərdarlığı sirenləri zamanı sığınacaqlara qaçarkən yıxılanlar, müxtəlif travmalar alanlar və kəskin həyəcan-təşviş (anxiety) pozğunluğu yaşayan şəxslərdir. Buna baxmayaraq, xüsusilə Təl-Əviv, Kiryat-Şmona və ölkənin cənubundakı Dimona şəhərlərinə endirilən birbaşa raket zərbələri ağır yaralanmaların əsas səbəbi olaraq qalır. Hazırda bir çox xəstəxanaların yeraltı sığınacaqlara köçürüldüyü və fövqəladə iş rejimində çalışdığı bildirilir.

Müharibənin gedişində mülki itkilərin artması fonunda İsrail hökuməti hava hücumundan müdafiə sistemlərinin effektivliyini artırmaq və mülki müdafiə tədbirlərini sərtləşdirmək üçün yeni qərarlar qəbul edib.

Musavat.com

Chosen
27
musavat.com

1Sources