BAKI, 25 mart. TELEQRAF
“ABŞ və İran arasında razılaşma mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mərkəzi qərargahı “Xatəmül-Ənbiya”nın sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı açıqlamasını şərh edərkən deyib.
“İlk gündən birinci və son sözümüz eyni olub və elə də qalacaq - bizim kimi insanlar sizin kimi insanlarla heç vaxt razılığa gələ bilməz. Nə indi, nə də heç vaxt! Əvvəllər haqqında danışıdığınız strateji güc bu gün artıq strateji uğursuzluğa düçar olub”, - o qeyd edib.