EN

""Seçilməsək, müharibə olacaq" fikri şantaj və ya seçki oyunu deyil, bunda ciddi həqiqət var..."

Ermənistan parlamentinin hakim "Vətəndaş sazişi" fraksiyasının deputatı Lusine Badalyanın sözlərinə görə, Ermənistan vətəndaşları sülh istəyir və hökumətin sülh uğrunda mübarizə aparmasından məmnunluqlarını ifadə edirlər. Millət vəkilinin sözlərinə görə, insanlar yalnız hökumətin müxalifət nümayəndələrinin səhv danışıq və davranışlarına qarşı daha sərt mübarizə aparmamasından narazıdırlar.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
 
Lusine Badalyan hər şeyin sülhdən asılı olduğunu vurğulayıb.
 
"Sülh artıq mövcuddur və onun qarşısı alınmazdır, amma sülh qayğı tələb edir. "İyundakı seçkilərdə "Vətəndaş sazişi" seçilməsə, müharibə olacaq" deməyimiz nə şantaj, nə də seçkiqabağı hiylədir, orada ciddi həqiqət var. Müxalifət daim "Qarabağın qaytarılması"ndan danışır. Amma bu, danışıqlar yolu ilə mümkün deyil, onlar bunu müharibə yolu ilə etmək istəyirlər. Onlar insanların hissləri ilə oynayırlar. Robert Köçəryan bir az daha dürüst olsaydı, deyərdi ki, Qarabağın qaytarılması arzuları bu, bu, bu nəticələrə gətirib çıxaracaq", - deyə hakim partiyanın deputatı izah edir.
 
Badalyanın sözlərinə görə, Ermənistan cəmiyyəti qızğın bir mərhələyə qədəm qoyub və bu, daha da qızışacaq:
 
"Ən böyük güc səmimiyyətdir. Böyük danışan insanlar güclü deyillər, onlar güclərini göstərmək istəyirlər, qoy boks yarışlarına getsinlər. Gedin, bu gün orduda nələrin olduğunu görün və onu əvvəllər güclü adlandırdığınız şeylərlə müqayisə edin."
 
Hakim partiyanın üzvü eyni zamanda vurğulayıb: "Ya sülh, ya da müharibə üçün gedirik. Seçkilər dönüş nöqtəsidir. Bu seçkilər ən vacibdir."
 
S.Laçın
Chosen
10
2
moderator.az

3Sources