EN

Volkswagen İsrail üçün silah istehsal edəcək

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Volkswagen Almaniyadakı zavodunu xilas etmək üçün gözlənilməz addım atır. Alman avtomobil nəhəngi İsrailin məşhur "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemlərinin komponentlərini istehsal etməyə hazırlaşır.Demokrat.az xəbər verir ki, bu barədə "The Financial Times" yazır.Nəşrin yaydığı məlumata görə, konsern hazırda İsrailin "Rafael Advanced Defence Systems" şirkəti ilə danışıqlar aparır. Planlar reallaşsa, Volkswagen-in Osnabrük şəhərindəki müəssisəsində raketdaşıyan yük avtomobilləri, buraxılış qurğuları və elektrogenratorlar yığılacaq. Prosesin yaxın 12-18 ay ərzində başlaması nəzərdə tutulur.Bu qərar təkcə hərbi əməkdaşlıq deyil, həm də iqtisadi xilas kəməri rolunu oynayır. Belə ki, həmin zavod sifariş azlığı səbəbindən bağlanmaq təhlükəsi ilə üz-üzə idi. Yeni layihə sayəsində müəssisədəki 2300 iş yeri qorunub saxlanılacaq. Almaniya hökumətinin də bu təşəbbüsü dəstəkləməsi müqavilənin bağlanma ehtimalını xeyli artırır.İsmayıl

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
demokrat.az

1Sources