“Mançester Siti”nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov həyatında ilk dəfə ata olub.
QOL.az xəbər verir ki, futbolçunun ailəsində oğlan övladı dünyaya gəlib. Körpəyə Davud adı verilib.
Xusanov bu əlamətdar hadisəni doğma şəhəri Daşkənddə yaxınları ilə birlikdə qeyd edib.