EN

Danimarkada sol mərkəzçi blok parlament seçkilərində az fərqlə qalib gəlib

Danimarkada sol mərkəzçi blok parlament seçkilərində sağ mərkəzçilər üzərində cüzi üstünlük qazanıb.

"Report"un məlumatına görə, TV2 telekanalı bu barədə bülletenlərin 100 %-nin hesablanmasından sonra xəbər verib.

Nəticələrə görə, sol (qırmızı) blok 179 mandatdan 83-nü, sağ (mavi) blok isə 78-ni qazanıb. Hökumət qurmaq üçün hər iki koalisiyaya 14 yer qazanan Mötədil Partiyanın dəstəyi lazımdır.

Ən çox səsi sosial demokratlar toplayıb - 21,9 % (2022-ci il seçkiləri ilə müqayisədə 5,6 faiz bəndi azalma). Ən böyük sağçı partiya olan liberallar ("Venstre") 10,1 % səs toplayıb (-3,2 faiz bəndi).

Seçkilərdə iştirak 84 % olub.

Chosen
44
far.az

1Sources