EN

İran İsraildəki peyk rabitə stansiyalarına zərbələr endirdi

İran qüvvələri İsrail ərazisindəki peyk rabitəsi qəbulu stansiyalarına raket zərbəsi endirib.

Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Növbəti raket hücumları dalğası zamanı Eylata və İsrail ordusuna xidmət göstərən peyk rabitəsi qəbulu stansiyalarına zərbələr endirdik", — deyə məlumatda bildirilir.

Həmçinin, İran ordusu tərəfindən regiondakı dörd Amerika hərbi bazasına raketlər və pilotsuz uçuş aparatları (PUA) buraxılıb.

Chosen
45
30
publika.az

10Sources