EN

"Qırmızı şeytanlar" bu futbolçu üçün 100 milyon avro təklif edir!

"Mançester Yunayted" heyətini gücləndirmək məqsədilə transfer bazarı üçün böyük büdcə ayırıb.

"The Touchline" nəşrinin məlumatına görə, "qırmızı şeytanlar" yarımmüdafiəçi Fermin Lopes üçün 100 milyon avro təklif etməyə hazırdır. Lakin transferin baş tutma ehtimalının aşağı olduğu bildirilir və Kataloniya klubu onu satmaq niyyətində deyil.

Xatırladaq ki, 22 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

Mətləb

Chosen
15
1
sia.az

3Sources