EN

“Barselona” Kasadonu “Əl Hilal”a sataraq Kanselonu ala bilər

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado müdafiəçi Joao Kanselonun “Əl-Hilal”dan Kataloniya klubuna transferində əsas fiqur ola bilər.

İdman.Biz-in “Mundo Deportivo”ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klubu yanvar ayında başlayan 22 yaşlı futbolçuya olan marağını qorumağa davam edir.

Mənbənin məlumatına görə, “blauqrana” bu qış “Əl-Hilal”dan icarəyə götürülən Kanselonun hazırkı performans səviyyəsini nümayiş etdirməyə davam edəcəyi təqdirdə onu daimi əsasda transfer etməyə hazırdır. Portuqaliyalı futbolçu həmçinin “blauqrana”da qalmaq istəyir. "Barselona" Kasadonu 20 milyon avroya qiymətləndirir, “Əl-Hilal” isə Kanselonu 15 milyon avroya sata bilər.

Bu mövsüm Kasado bütün turnirlərdə 29 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Bu mövsüm Kanselo “blauqrana”da 12 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
icma.az

2Sources