EN

Araqçi: “Ədalət artıq yoxdur"

İranın xarici işlər naziri Abbas Araqçi beynəlxalq hüquq sisteminin faktiki olaraq iflic vəziyyətinə düşdüyünü bəyan edib.

Musavat.com xəbər verir ki, nazir Qərb ölkələrini sərt tənqid edərək bildirib ki, Qəzza və Ukrayna məsələlərinə yanaşmada açıq ikili standartlar müşahidə olunur, eyni zamanda İsrail və ABŞ-ın İrana qarşı hərəkətlərinə səssiz qalınır.

Araqçi vurğulayıb ki, bu cür yanaşma beynəlxalq hüququn real təsir gücünü itirdiyini və ədalət anlayışının faktiki olaraq aradan qalxdığını göstərir.

Bununla belə, o, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin iranlılara qarşı pozuntuların pislənməsi ilə bağlı mövqeyini müsbət qiymətləndirərək təşəkkür edib.

İran XİN rəhbəri əlavə edib ki, hüququn aliliyinə inanan bütün tərəflər baş verənlərə qarşı açıq mövqe ortaya qoymalıdır.

 

Musavat.com

Chosen
58
musavat.com

1Sources