EN

Bu gün Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq. Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Mətləb

Chosen
29
10
sia.az

10Sources