EN

Bu qadın çaya ərə getmək istəyir

Böyük Britaniyada 29 yaşlı fəal Meq Eyvon rəsmi şəkildə River Evon (Evon çayı) ilə ailə qurmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazır.

Hazırda "cütlük" münasibətlərinin üç illik yubileyini qeyd edir. Bristol sakini iddia edir ki, o, "sevgilisi" ilə münasibətlərini hələ də əvvəlki romantik səviyyədə saxlayır.

17 iyun 2023-cü ildə rəmzi "nikah mərasimi" baş tutub. Həmin vaxt Meq sevgilisinin soyadını — Eyvon soyadını qəbul edib. Onun sözlərinə görə, bu "toy" ekologiya problemlərinə, xüsusilə də suyun çirklənməsinə diqqət çəkməyə imkan verib.

"Mən hələ də hər həftə çayda üzmək üçün vaxt tapıram - hətta yağışlı keçən və daha riskli görünən qış aylarında belə! Lakin mən bu işə sadiqəm və sudakı hər təcrübəm əsl həzzdir", — deyə Eyvon bildirib.

Chosen
41
1
publika.az

10Sources