EN

Ukrayna ordusu Baxmut Slovyansk magistral yolundakı əsas yaşayış məntəqəsini azad edib

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna hərbçiləri Donetsk bölgəsindəki Minkovka kəndini Rusiya ordusundan təmizləməyi bacarıblar. Bu, Baxmut-Slovyansk magistral yolundakı əsas yaşayış məntəqəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Skelya” alayı “Teleqram” səhifəsində məlumat yayıb.

Məlumata görə, “Skelya” alayının hücum bölmələri sürətli və əlaqələndirilmiş əməliyyat keçirib və nəticədə Baxmut-Slovyansk magistral yolundakı əsas yaşayış məntəqəsi olan Minkovka təmizlənib.

Hərbçilər Rusiya qoşununun irəliləməsinin artıq dayandırıldığını və magistral yol boyunca vəziyyətin sabitləşdiyini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

10Sources