EN

Maşınını təmir edərkən xəstəxanalıq oldu- Fotolar

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində nasaz avtomobilini təmir edən 1964-cü il təvəllüdlü Saleh Qurbanovu arxadan gələn “Volkswagen” markalı sərnişin daşıyan mikroavtobus vurub.

Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az/

Chosen
22
9
musavat.com

10Sources