EN

"Uşaqların əhval-ruhiyyəsi yaxşıdı, həvəslə verilən tapşırıqları edirlər" - Yevgeni Kukseviç

Futzal üzrə millimiz martın 23-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirir.

"Football-plus.az" xəbər verir ki, hazırlıq prosesinə start verən yığmamızın baş məşqçisi Yevgeni Kukseviç toplanışın gedişatı və qarşıdakı hədəflər barədə azfutzal.az saytına açıqlama verib.

Təcrübəli mütəxəssis aprel ayındakı gərgin oyun qrafikinə hazırlıq məqsədilə bu addımı atdıqlarını vurğulayıb:

“Bizi aprel ayında 4 çətin oyun gözləyir. Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə də bir neçə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdı, həvəslə verilən tapşırıqları edirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”.

Xatırladaq ki, millimiz aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.
Chosen
16
1
football-plus.az

10Sources