EN

10 gündə dəyişən qiymətlər: Bəzi rayonlarda ət ucuzlaşdı

Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə edilir.

Publika.az xəbər verir ki, İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.

Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.

Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.

Chosen
13
22
publika.az

10Sources