EN

Çin ABŞ-la müharibəyə hazırlaşır - Sualtı döyüşlər üçün müvafiq sistemlər qurulub

Çin ABŞ-la mümkün müharibəyə hazırlıq məqsədilə okeanda bir sıra fəaliyyətlərə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Çin tədqiqat gəmisi ABŞ ilə mümkün müharibəyə hazırlıq məqsədilə Sakit okean, Hind və Şimal Buzlu okeanlarının strateji əhəmiyyətli ərazilərində dəniz dibinin xəritəsini çəkir.

Nəşrə danışan mənbələrə görə, toplanan məlumatlar Çinə sualtı vəziyyətin tam mənzərəsini verəcək və bu, ABŞ ilə müharibə halında düşməni izləməyə, sualtı döyüşlər aparmağa imkan verəcək.

Vurğulanıb ki, Filippin, Quam, Havay və ABŞ-ın Veyk Atolldakı hərbi bazası ətrafındakı sulara xüsusi diqqət yetirilir.

Chosen
63
10
publika.az

10Sources