AZ

Çinin ABŞ-yə qarşı “sualtı müharibə xəritəsi”: okean dibində gizli hazırlıq

Rəsmi mənbələrə istinadən yayılan məlumatlara görə, Çin son dövrdə Sakit, Hind və Arktika okeanı bölgələrində onlarla tədqiqat gəmisini hərəkətə gətirərək dəniz dibini sistemli şəkildə skan edir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb və fəaliyyət rəsmi olaraq “elmi araşdırma” kimi təqdim olunsa da, Qərb ekspertləri bunun arxasında hərbi məqsədlərin dayandığını bildirir.

Mütəxəssislərin fikrincə, okean dibinin bu cür xəritələşdirilməsi sualtı qayıqların gizli hərəkəti, düşmən submarinalarının izlənməsi və sonar sistemlərinin effektiv işləməsi üçün kritik əhəmiyyət daşıyır. Xüsusilə dəniz dibinin relyefi, suyun temperaturu və axınlar barədə dəqiq məlumatlar sualtı müharibədə üstünlük yaradır.

Məlumata görə, Çin gəmilərinin fəaliyyəti ABŞ və müttəfiqlərinin hərbi bazalarına yaxın ərazilərdə də qeydə alınır. Filippin, Quam, Havay və Yaponiya yaxınlığında artan aktivlik Vaşinqtonda narahatlıq doğurur və bu proses Çinin mümkün hərbi qarşıdurmaya hazırlaşması kimi qiymətləndirilir.

Eyni zamanda, Pekin “şəffaf okean” adlandırılan geniş sensor şəbəkəsi qurur. Bu sistem vasitəsilə sualtı temperatur dəyişiklikləri, cərəyanlar və hərəkətlər real vaxta yaxın rejimdə izlənə bilir.

 

Musavat.com

Seçilən
18
10
musavat.com

10Mənbələr