EN

Müxalifət liderinə həbs cəzası verildi

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Gürcüstanda müxalifət lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Modern.az xəbər verir ki, siyasətçi Tbilisi meri Kaxa Kaladzenin seçkiöncəsi bannerinə markerlə “Rus arzusu” yazdığına görə məsuliyyətə cəlb olunub. Dəymiş zərərin 570 lari olduğu bildirilir.

Məlumata görə, Xoştariya məhkəmə iclasında iştirak etməyib və “heç bir hakimiyyət qolunu tanımadığını” bəyan edib.

Onun vəkili çıxarılan hökmü “tamamilə qanunsuz” adlandırıb. Prokurorluq isə təqdim olunan sübutların kifayət etdiyini bildirib.

Qeyd olunur ki, Xoştariyanın azadlığa çıxmasına təxminən bir il qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
modern.az

1Sources