EN

Məcid əl Ənsari: İranın parçalanması münaqişənin həlli sayıla bilməz

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın parçalanması Yaxın Şərqdəki münaqişənin yekun həlli ola bilməz.

"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bəyan edib.

"İran, bu regionun xalqları kimi minilliklərdir burada mövcuddur. Heç kim heç yerə getməyəcək. Ümumi məhvetmə çıxış yolu deyil", - M.Ənsari vurğulayıb.

O əlavə edib ki, ölkələrin qonşuluğu tarix və coğrafiya tərəfindən müəyyən edilib və bəşəriyyətin gələcəyi naminə birgə yaşayış mexanizmlərinin qurulması zəruridir.

M.Ənsari həmçinin ABŞ, İsrail və İran arasında davam edən münaqişə fonunda vurğulayıb ki, Qətər ABŞ-nin "Əl-Üdeyd" hərbi hava bazasının bağlanması məsələsini qaldırmayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
3
cebheinfo.az

4Sources