EN

Azərbaycanda toyda maraqlı anlar: Bu adəti dəyişdilər

Sosial şəbəkələrdə yayılan maraqlı bir toy görüntüsü qısa zamanda gündəm olub.

Publika.az xəbər verir ki, videoda ənənəvi olaraq gəlinin gül atması mərasiminə fərqli yanaşma sərgilənib və bu, izləyicilərin diqqətindən yayınmayıb.

Belə ki, adətə uyğun olaraq gəlin gülü subay qızlara atmaq əvəzinə, bu dəfə subay oğlanlar xüsusi bir "oyun" üçün növbəyə düzülüb. Ən maraqlı məqam isə gülün birbaşa atılmaması olub. Gəlin gülü qıfıllı qutunun içinə yerləşdirib və açar isə iştirakçılar arasında təsadüfi şəkildə paylanıb.

Açar kimin bəxtinə çıxıbsa, həmin şəxs qutunu açaraq gülü götürüb və bu da onun "şanslı" olduğu anlamına gəlib. Beləliklə, toyda həm əyləncəli, həm də fərqli bir ənənə ortaya çıxıb.

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bəziləri bu ideyanı olduqca maraqlı və yenilikçi hesab edərək bəyəndiklərini bildiriblər. Digərləri isə ənənəvi qaydaların dəyişdirilməsinə fərqli yanaşıb və bu cür yeniliklərin hamı tərəfindən qəbul olunmadığını qeyd ediblər.

Chosen
30
9
publika.az

10Sources