ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Braziliyanın "Santos" klubunun hücumçusu Neymar həftəsonu 24 saatını onlayn poker oynamaqla keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Portal Leo Dias" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, cümə günü o, ailəsi ilə birlikdə poker oynayıb, şənbə günü 7,5 saat onlayn turnirdə iştirak edib, bazar günü - "Santos” – "Kruzeyro” matçının keçirildiyi gün isə daha 9 saat poker masasında olub. Qeyd olunur ki, braziliyalı futbolçu hətta komandasının oyunu zamanı da poker oynamağa davam edib.
Rəsmi məlumatlara əsasən, Neymar "yükün düzgün bölüşdürülməsi” səbəbi ilə "Kruzeyro” ilə oyunu buraxıb. "Santos” – "Kruzeyro” görüşü 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, 28 yanvar 2025-ci ildə Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubu Neymarla müqaviləyə xitam verib. O, 2023-cü ilin yayında Fransanın PSJ klubundan 90 milyon avro qarşılığında bu kluba keçmişdi. Neymar burada cəmi 5 oyuna çıxaraq 1 qol vurmuşdu. 18 oktyabr 2023-cü ildə Braziliya millisinin Uruqvayla matçında o, ön çarpaz bağların və meniskin zədələnməsi səbəbilə uzun müddət meydanlardan kənarda qalmışdı. 2024-cü ilin noyabrında yenidən meydana qayıdıb.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.