AZ

Milliyə çağırılmadı - Saatlarla qumar oynadı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin heyətə daxil etmədiyi Neymar həftəsonunu qumara həsr edib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, “Santos”un hücumçusunun saatlarla onlayn poker oynadığı bildirilir. Məlumata görə, Neymar cümə gününü ailəsi ilə keçirdikdən sonra, şənbə günü saat 14:30-dan 22:00-a qədər poker oynayıb. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub. 

Maraqlıdır ki, A seriyasında "Kruzeyro" - "Santos" oyunu bazar günü saat 16:00-da keçirildiyi halda, Neymar həmin vaxt da poker turnirində iştirak edirdi. Daha öncə oncə elan edilib ki, o, son dövrlər fiziki yüklənməsinin çox olması səbəbindən görüşü buraxacaq.

Seçilən
1
1
manset.az

2Mənbələr