EN

İranda milli təhlükəsizliyi sarsıtmaqda ittiham olunan 466 nəfər saxlanılıb

İran polisi ölkənin milli təhlükəsizliyini sarsıtmağa yönəlmiş onlayn fəaliyyətlə məşğul olan 466 nəfəri saxlayıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.

Bildirilib ki, bu, İrana qarşı son hərbi əməliyyatların başlanğıcından bu yana təhlükəsizlik sahəsində həyata keçirilmiş ən böyük əməliyyatlardan biridir.

İran mediasının məlumatına görə, cari ilin mart ayında artıq 1000-dən çox şəxs tutulub. Saxlanılanlar müəyyən obyektlərin çəkilişində, sosial şəbəkədə hökumət əleyhinə məzmunların paylaşılmasında və "düşmənlə əməkdaşlıq"da ittiham olunurlar.

Polisin bununla bağlı yaydığı məlumatda saxlanılanların İranın daxilində vəziyyəti gərginləşdirməyə çalışan "düşmən şəbəkələri" ilə bağlı olduqları vurğulanıb.

Chosen
17
2
missiya.az

3Sources