ain.az, Oxu.az saytına istinadən bildirir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan milli Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.
"Xristo Botev" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, ayın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.