EN

BMT də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında azərbaycanlı gənc rəssamların işlərindən ibarət "Mədəni diplomatiya üçün incəsənət: Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkan" adlı sərginin açılış mərasimi keçirilib.Newscenter.az-ın məlumatına görə, "Report"un ABŞ bürosu xəbər verir ki, tədbir Beynəlxalq Novruz Günü münasibətilə təşkil olunub.Mərasimində üzv ölkələrin səfirləri və diplomatları, BMT rəsmiləri, ABŞ-də təhsil alan azərbaycanlı tələbələr, icma üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Novruz bayramının Azərbaycan xalqı və onun mədəni irsi üçün əhəmiyyətini vurğulayıb. O, sərgidə iştirak edən, öz əsərlərində Azərbaycanın mədəniyyətini, incəsənətini və adət-ənənələrini tərənnüm edən gənc rəssamlara təşəkkür edib, onlara uğurlar arzulayıb.Sonda sərgidə iştirak edən azərbaycanlı rəssamlar - Mehriban Alışova, İntiqam Ağayev, Cəmilə Hacıyeva, Renat Şərifli, Mahmud Mustafayev, Nərgiz Əhmədova, Asma Quşad, Gülar Məmmədova və Səkinə Cəfərliyə sertifikatlar təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
2
newscenter.az

3Sources