EN

Deputat qəfil dünyasını dəyişdi RUSİYADA

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

SSRİ ordusunun 1990-cı ildə Bakıda törətdiyi 20 Yanvar qırğınının iştirakçısı olmuş Rusiya Dövlət Dumasının deputatı Yuri Şvıtkin vəfat edib.

Apa.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Bildirilib ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini olan Yuri Şvıtkin 61 yaşında qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Şvıtkin 1990-cı ildə Sovet ordusunun Bakıya daxil olan Pskov hava-desant diviziyasında kəşfiyyatçı zabit kimi xidmət edib və 20 Yanvar hadisələrinin iştirakçısı olub.

O, VII və VIII çağırış Dövlət Dumasının üzvü olub və Krasnoyarsk diyarını təmsil edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
11
dogru.az

10Sources